Navalnının həbsdən son görüntüləri - Video

navalninin-hebsden-son-goruntuleri
Oxunma sayı: 7833

Xəbər verdiyimiz kimi, rusiyalı siyasətçi Aleksey Navalnı bu gün xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Rusiyanın teleqram kanallarında Navalnının həbsxanadan son görüntüləri yayılıb. 

Videodan görüntülərin dünənə, yəni fevralın 15-nə aid olduğu məlum olub.

“RİA Novosti”nin məlumatına görə isə, Navalnı videobağlantı vasitəsilə Vladimir vilayətinin Kovrovski Məhkəməsinin iclaslarında iştirak edib. 

Belə ki, dünən Navalnının əvvəllər cəza çəkdiyi 6 saylı koloniyaya qarşı iddiaları üzrə üç iclas keçirilib.