Naxçıvan MR Ali Məhkəməsinə yeni hakim təyin ediləcək

naxcivan-mr-ali-mehkemesine-yeni-hakim-teyin-edilecek
Oxunma sayı: 2094

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin ediləcək.