Naxçıvanda ilin ilk ağacəkmə aksiyası keçirilib

naxcivanda-ilin-ilk-agacekme-aksiyasi-kecirilib
Oxunma sayı: 1278

Uzunoba su anbarının yuxarı hissəsində dövlət və hökümət nümayəndələrinin, özəl təşkilatların nümayəndələrinin və 40-dan çox ekokönüllünün iştirakı ilə 4,3 hektar sahədə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ilin ilk ağacəkmə aksiyası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, aksiyada 2100 ədəd müxtəlif növ ağac tingləri əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsindəkeçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.