Naxçıvanda kitab sərgisi keçirilir - Fotolar

naxcivanda-kitab-sergisi-kecirilir
Oxunma sayı: 1578

Naxçıvanda kitab sərgisi keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, sərgidə 24 nəşriyyat öz kitabları ilə iştirak edir. 

Bu gün səhər saatlarından başlayan sərgiyə əhalinin marağı yüksəkdir. Sərgi müddətində gün ərzində konsert proqramı, film nümayişi və imza günlərinin keçirilməsi nəzərdə tutulub. 

Rüstəm Behrudi, Varis Yolçuyev, Rəşad Məcid, Elçin Şıxlı, Qulu Məhərrəmli və digər tanınmış yazıçı və ictimai şəxslərin, o cümlədən, qiraət ustası Xəzər Süleymanlının oxucularla görüşü planlaşdırılır.