Nazir xanım rəisi işdən çıxardı

nazir-xanim-reisi-isden-cixardi
Oxunma sayı: 16026


Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilib.


“Qafqazinfo” xəbər verir ki, nazirlikdən APA-ya verilən məlumata görə, S.Rüstəmova Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib.


Nazirliyin digər əmri ilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev tutduğu vəzifədən azad edilib.