Nazirdən bu sektorda müsbət dinamika ilə bağlı paylaşım

nazirden-bu-sektorda-musbet-dinamika-ile-bagli-paylasim
Oxunma sayı: 2232

“Qeyri-neft sektorundan daxilolmaların artması iqtisadi fəallığın bərpasının başladığını göstərir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə hesabındakı paylaşımında deyilir.

Nazir bildirib ki, bu ilin birinci rübündə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,4 faiz olub:

“Bu göstərici ötən ilin müvafiq dövründən 3,7 faiz çoxdur.

Qeyri-neft-qaz sektorunda müsbət dinamika davam edir və aprel ayında da ötən ilin müvafiq dövrü ilə müqayisədə, əhəmiyyətli artım gözləyirik”.