Nazpəri İmamların "qırx"ına görə ad günü keçirmədi

nazperi-imamlarin-quotqirxquotina-gore-ad-gunu-kecirmedi
Oxunma sayı: 2691


N. Dostəliyeva doğüm günü ilə bağlı məclis təşkil etməyi planlaşdırsa da, bu, baş tutmayıb. Xalq artisti 23 dekabrın İmamların "qırx"ına təsadüf etdiyi üçün tədbiri təxirə salıb. 

Xalq artisti 1964-cü ildə Şamaxıda doğulub. 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirən sənətçi böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. 

1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 9 disk və 1 albomu çıxıb. Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyə və Kiprdə çıxışlar edib. 

1999-cu ildən bəstəkar-aranjımançı Səyavuş Kərimi ilə işləyir. 2000-ci ildə Moskvada Böyük Teatrın səhnəsində, Almaniyanın Hannover şəhərində, 2001-ci ildə isə Norveçin Honisevok şəhərində konsert proqramı ilə çıxış edib. Ailəli olub, iki oğlu var.