“Qarabağ”dan ayrılan Dino Ndlovu sosial mediada vida mesajı yayıb.
“Qafqazinfo” xəbər verir ki, cənubi afrikalı hücumçu 18 ay ərzində burada olduğu müddətdə “Qarabağ”la tarix yazdığını bildirib və komandaya hər şey üçün təşəkkür edib:
“Bu komandaya çox bağlıyam. Karyeramda “Qarabağ”ın xüsusi yeri var. Buradan ayrılmaq çətindir və danılmaz faktdır ki, “Qarabağ”da unudulmaz xatirələrim var. Qısa zamanda o qədər şey yaşadım ki, heç vaxt onları unuda bilmərəm. Komanda yoldaşlarıma və məşqçi heyətinə təşəkkür edirəm”.
Qeyd edək ki, D.Ndlovu 750 min avro qarşılığında Çinin “Xançjou Qrintaun” klubuna transfer olub.
Son xəbərlər
Son Xəbərlər