“Nə oldu, Paşinyan?” - Video

ne-oldu-pasinyan
Oxunma sayı: 14902

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb.

"Qafqazinfo" xəbər verir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsində təslim olmasını təsdiqləyən bəyanatdan sonra Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Dövlət başçısı çıxışında Ermənistanın baş naziri Nikol Paşinyana da səslənib. Ölkə rəhbəri Paşinyana səslənərək "Nə oldu, Paşinyan, yol çəkirdin Cəbrayıla? Rəqs edirdin. Nə oldu bəs status? Cəhənnəmə getdi status, gorbagor oldu. Yoxdur status və olmayacaq. Nə qədər ki, mən prezidentəm, olmayacaq!" deyərək onun sonda təslim olmağa məcbur olmasına işarə edib.