Neftçalada soyqırımı qurbanları anıldı - Fotolar

neftcalada-soyqirimi-qurbanlari-anildi
Oxunma sayı: 2893

Neftçala rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 105-ci ildönümü yad olunub.

“Qafqazinfo” xəbər verir ki, anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhid ailələri iştirak edib.

İlk öncə 1918-ci ildə şəhid olan türk əsgərlərin şərəfinə ucaldılan abidə kompleksi və bu gün doğum günü olan şəhid İbrahim Mənəfovun məzarı ziyarət olunub, önünə çiçəklər düzülüb, ruhlarına dualar oxunub.

Tədbir iştirakçıları 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan rəsm sərgisinə baxış keçirib.