Neftçala rayonunun Bankə qəsəbəsində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.