Neftçalada “Zəfər Günü” qeyd edildi - Fotolar

neftcalada-zefer-gunu-qeyd-edildi
Oxunma sayı: 2007

Neftçala Rayon İcra Hakimiyyəinin təşkilatçılığı ilə Neftçala rayonunda “Zəfər Günü” qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət və qonaqlar iştirak edib.

Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, bu gün ölkə Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirir.

Neftçala rayon sakinləri və qonaqları üçün 8 Noyabr Zəfər bayramına həsr olunan  konsert proqramı təqdim olunub.