“Neftçi” 5 il sonra bunu bacardı

neftci-5-il-sonra-bunu-bacardi
Oxunma sayı: 893

“Neftçi” klubu 5 ildən sonra Misli Premyer Liqasında ardıcıl iki səfər oyununda üç və ya daha çox qol vurub.

“Qafqazinfo” Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XVIII turda “Araz-Naxçıvan”ı 4:0, XX turda isə “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən bakılılar məhsuldarlıq seriyası yaxalayıblar.

“Ağ-qaralar”ın səfər matçlarında belə məhsuldarlığı sonuncu dəfə 2020/2021 mövsümünün sonunda qeydə alınıb.

Paytaxt təmsilçisi 2021-ci ilin mayında keçirilən ardıcıl iki səfər görüşündə “Şamaxı”nı 3:0, “Səbail”i isə 4:0 hesabı ilə üstələmişdi.