“Neftçi” “Keşlə”yə qalib gəldi

“Neftçi” “Keşlə”yə qalib gəldi
Oxunma sayı: 507

Qış fasiləsində təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, “ağ-qaralar” “Keşlə” ilə qarşılaşıb.

8-ci km stadionunda keçirilən oyun kifayət qədər məhsuldar alınıb. 7 qolun qeydə alındığı matç “ağ-qaralar”ın qələbəsiylə yekunlaşıb.

Bu, “Neftçi”nin qış fasiləsində keçirdiyi ikinci yoxlama oyunu olub. Komanda ilk yoxlama oyununda “Kəpəz”ə minimal hesabla qalib gəlmişdi. “Keşlə” isə ilk yoxlama oyununu keçirib.

Yoxlama oyunu
14 yanvar

Neftçi – Keşlə 4:3
Qol: Mirabdulla Abbasov, 10. Tallison Dias, 36; 65. Mamadu Kane, 62 – Nicat Qurbanov, 59, Silvio Junior, 61; 79.
Bakı. 8-ci km stadionu.