“Neftçi”nin yeni baş məşqçisi “Sabah”la oyunu izləyir - Foto

neftcinin-yeni-bas-mesqcisi-sabahla-oyunu-izleyir
Oxunma sayı: 447

Hazırda Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində davam edən “Sabah” – “Neftçi” oyununda “ağ-qaralar”ın yeni baş məşqçisi olacağı gözlənilən Yuri Vernidub VİP sektorda matçı izləyir.

“Qafqazinfo” xəbər verir ki, Bakı klubu 59 yaşlı ukraynalı mütəxəssislə müqavilənin bütün detallarını tam razılaşdırıb.

Yaxın günlərdə onun “Neftçi” ilə 1,5 illik müqaviləyə qol çəkməsi gözlənilir.