Nəqliyyat Nazirliyi qiyməti niyə qaldırır? - Açıqlama

neqliyyat-nazirliyi-qiymeti-niye-qaldirir-aciqlama
Oxunma sayı: 672

“Avtobus sərnişindaşımaları tariflərinin artırılmasına qərarı Tarif Şurası verəcək”. Bunu “Qafqazinfo”ya açıqlamasında Nəqliyyat Nazirliyinin şöbə müdiri Namiq Həsənov söyləyib. N. Həsənov bildirib ki, Nəqliyyat Nazirliyi Tarif Şurasına avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifini edəcək, amma bu o demək deyil ki, qiymətlər artacaq: “Bura sərbəst bazardır və burada sahibkarların istəkləri nazirlik tərəfindən Tarif Şurasına çatdırılır. Biz təkilfimizi edəcəyik, son söz Tarif Şurasınındır”.

Yeni avtobusların gətirilib-gətirilməyəcəyi ilə bağlı məsələyə də aydın gətirən N. Həsənov bildirib ki, hər il avtobusların gətirilməsi prosesi baş verir: “2015-ci ildə I Avropa Olimpiya oyunlarının keçirilməsi ilə bağlı 1200-ə qədər avtobus, 2000-nə qədər də London taksiləri gətiriləcək”.

Qeyd edək ki, ötən gün nəqliyyat naziri Ziya Məmmədov Tarif Şurasına Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası təklifini edəcəyini söyləyib: "Hazırda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur. Son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur. Bu səbəbdən Nəqliyyat Nazirliyi gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmək qərarına gəlib."

Gülnar