Nərimanov rayonunda Novruz bayramı coşqusu - Fotolar+Video

nerimanov-rayonunda-novruz-bayrami-cosqusu
Oxunma sayı: 2119

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, çoxsaylı rayon sakinlərinin iştirakı ilə keçirilən bayram tədbirində Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyevin dahi sərkərdəliyi və rəşadətli ordumuzun şücaəti nəticəsində Novruz bayramının artıq bir neçə ildir ki, Azərbaycanda böyük ruh yüksəkliyi ilə qeyd olunduğu, bayram tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda alovlandırıldığı bildirib.

Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.