Nərimanovda 10 may coşqusu! - Video - Fotolar

nerimanovda-10-may-cosqusu
Oxunma sayı: 1858

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Azərbaycan xalqının ümumimillil lideri, ulu öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər  verir ki, əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarları önünə gül dəstələri düzülüb.

Təşkil olunmuş tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev ulu öndər Heydər Əliyevin həyat və faəliyyətinə həsr olunmuş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanı parçalanmaqdan və məhv olmadan xilas edən ulu öndər Heydər Əliyev müasir və qüdrətli  dövlətimizin əsasını qoyub.

İcra başçısı bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycanın tarixi uğurlara imza atdığını, regionun gündəliyinin Azərbaycan tərəfindən diktə olunduğunu bildirib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı ilə davam edib. Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb. Konsertin sonunda təşkil olunan möhtəşəm atəşfəşanlıq gecəyə xüsusi rəng qatıb.