Nərimanovda şəhid ailələri və qazilərlə görüş - Fotolar

nerimanovda-sehid-aileleri-ve-qazilerle-gorus
Oxunma sayı: 1596

Nərimanov rayonunda Novruz bayramı münasibətilə rayon rəhbərliyi və ziyalıların iştirakı ilə şəhid ailələri və qazilərlə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, artıq üçüncü  ildir ki, xalqımız Novruz bayramını qalib, məğrur, bir xalq olaraq qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıb, ədalət bərqərar olub. İcra başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda övladlarını itirən şəhid ailələrinə öz ehtiramını bildirib.

Görüşdə Nərimanov bələdiyyəsinin sədri və  Nərimanov Ağsaqqallar şurasının sədri, Vətən müharibəsi qəhrəmanı şəhid Azad Hümbətovun atası Arif Hümbətov da çıxış edib.

Hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı və xanəndə, əməkdar artist Təyyar Bayramov da bütün şəhid ailələrini və qaziləri bayram münasibətilə təbrik edərək, tanınan və sevilən ifaları ilə məclisə xüsusi rəng qatıblar.