Nəsimi rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq Vaqif prospekti boyunca yaşıllıq zolaqlarında, M.Cəlal küçəsi boyunca parkda və Zəfər bağı ərazisində rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyinin, Vətən müharibəsi şəhid ailələri və qazilərinin, rayonun idarə, müəssisə, təşkilat və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, aksiya zamanı 300-dən artıq həmişəyaşıl müxtəlif növ ağaclar, 1000-dən çox müxtəlif növ gül kolları əkilib və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.