Nəslin ikonu... - Fotolar

neslin-ikonu
Oxunma sayı: 3326

“Euphoria” serialının ulduzu, amerikalı aktrisa Zendaya İtaliyanın “Vogue” nəşri üçün kamera qarşısına keçib.

“Qafqazinfo” xəbər verir ki, rəngarəng fotoların müəllifi Yelizaveta Porodinadır.

Zendaya məşhur amerikalı-fransalı rəqqasə, “Folies Bergère” kabaresinin ulduzu Jozefina Beykerdən ilhamlanıb. Ulduzun stili üzərində Lou Rouç çalışıb.

Zendaya “Valentino”, “The Attico” və “Philosophy di Lorenzo Serafini”nin geyimlərində, həmçinin “Bvlgari”nin bəzək əşyalarında görüntülənib.

Nəşr məqaləsində Zendayanı “nəslin ikonu” adlandırıb, onun pop-mədəniyyətə təsirini isə Jozefina Beyker, Erta Kitt və Şade kimi əfsanələrin təsiri ilə müqayisə edib.