Nigeriya müxalifətinin liderləri prezident seçkilərinin nəticələrinin ləğvi ilə bağlı etirazlarını davam etdirirlər.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, müxalifətçilər çıxarılan hökmlə razılaşmadıqlarını və ölkənin Ali Məhkəməsinə müraciət edəcəklərini açıqlayıblar.
Onlar fevral ayında keçirilən seçkilərdə məbluğ olan Atiku Abubakar və Piter Obi bir çox qanun pozuntusunun olduğunu düşündüyündən baş tutmuş səsvermənin etibarsız sayılması üçün məhkəmə çəkişmələrini davam etdirəcəklərini açıqlayıblar.
Onların vəkilləri Ali Məhkəməyə şikayət edəcəklərini açıqlayıb. Bunun üçün isə onların 60 günü var.
Qeyd edək ki, çərşənbə günü Nigeriyanın xüsusi seçki məhkəməsi həm Abubakar, həm də Obinin hazırkı dövlət başçısı Bola Tinubunun qazandığı prezident seçkilərinin nəticələrinin ləğv olunması iddialarını rədd edib.
Son xəbərlər
Son Xəbərlər