Nigeriyada yanacaq tankerində partlayış - 94 ölü

nigeriyada-yanacaq-tankerinde-partlayis
Oxunma sayı: 1749

Nigeriyanın Jiqava əyalətində yanacaq tankerində partlayış baş verib.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 94 nəfər ölüb, azı 50 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə ilə bağlı araşdırma başlanılıb.