“Nişanlım qadağalar qoymur...” - Pərvin

nisanlim-qadagalar-qoymur
Oxunma sayı: 9815

Aktrisa Pərvin Abiyeva rol aldığı "Gecə qonağı" filminin təqdimat mərasiminə qatılıb.

"Qafqazinfo"nunkamerası qarşısına keçən aktrisa sarı sinə dekolteli libası ilə diqqət çəkib.

Abiyeva ailə qurması haqda yayılan xəbərlərə də aydınlıq gətirib:

"Ailə qurmağa hazırlaşıram, ailələr arasında tanışlıq olsa da, üzük taxılmayıb. Toya hazırlaşıram. Gələcək həyat yoldaşım, şou aləmindən uzaq biridir. Deyə bilərəm ki, mənim tam əksimdi. Ailə qursam da, aktrisalıqdan uzaqlaşmayacam. Nişanlım hər işimdə mənə dəstək olur və qadağalar qoymur".

Könül
Fotolar Nuran Məmmədov