Nobel mükafatçısı vəfat etdi

nobel-mukafatcisi-vefat-etdi
Oxunma sayı: 1674

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kahneman vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qeyd edək ki, Kahneman 1934-cü ilin martında Tel-Əvivdə anadan olub.

Alim 2002-ci ildə “iqtisadi elmdə psixoloji texnikanın tətbiqinə, xüsusən də qeyri-müəyyənlik şəraitində mühakimələrin formalaşmasının və qərarların qəbul edilməsinin tədqiqinə görə” Nobel mükafatı alıb.