“NoComment” “Xarıbülbül” Festivalını təqdim etdi - Video

nocomment-xaribulbul-festivalini-teqdim-etdi
Oxunma sayı: 1900

“Euronews” telekanalından yayımlanan “NoComment” verilişində “Xarıbülbül” Festivalı ilə bağlı material hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, paylaşılan videoda festivaldan görüntülər yer alıb.

“Azərbaycanın Qarabağ bölgəsinin mədəniyyət paytaxtı Şuşada növbəti dəfə Xarıbülbül musiqi festivalı keçirilib. Şuşanın Cıdır düzündə keçirilən festivalda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin musiqi və rəqs kollektivləri çıxış ediblər” - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilib.