Növbəti yardım Rostovdan Laçın və Ağdam yolları ilə çatdırılacaq

novbeti-yardim-rostovdan-lacin-ve-agdam-yollari-ile-catdirilacaq
Oxunma sayı: 1347

Bir neçə gündən sonra Rostovdan Qarabağdakı erməniəsilli sakinlərə Laçın və Ağdam yolları vasitəsilə humanitar yardımın növbəti partiyası çatdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İctimai Televiziyası yayıb.

Xatırladaq ki, sentyabrın 12-si Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ ermənilərinə göndərdiyi yardım Ağdam yolu ilə Xankəndiyə çatdırılıb. Bu gün isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ağdam yolu ilə apardığı humanitar yardım Xankəndiyə çatıb.