Sürət qatarının qarşısına çıxan piyada öldü

suret-qatarinin-qarsisina-cixan-piyada-oldu
Oxunma sayı: 779

Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb.

Bu haqda ADY-dən “Qafqazinfo”ya məlumat verilib.

Qeyd olunub ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

“Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb.

Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır”, - deyə məlumatda qeyd edilib.