Novxanıda tarixi məscid qəzalı vəziyyətdə - Fotolar

novxanida-tarixi-mescid-qezali-veziyyetde
Oxunma sayı: 2002

Sosial şəbəkələrdə Abşeron rayonunun Novxanı kəndində yerləşən Şah Sultan Hüseyn məscidinin (XVII əsr) qəzalı vəziyyətdə olduğunu əks etdirən görüntülər yayılıb.

Müəllifi fotoqraf Firudin Səlimov olan olan şəkillərdən aydın olur ki, sözügedən məscid dağılmaq təhlükəsi ilə üz-üzədir. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinə müraciət etdik.

Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məscid yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb: “Uzun illərdən bəri məsciddə bərpa-təmir işləri aparılmadığından hazırda məscid qəzalı vəziyyətə düşüb. Tarixi məscidin bərpa olunması məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib”.

Hüseyn Məmmədsalahov