Noyabrda ardıcıl 5 gün iş olmayacaq

noyabrda-ardicil-5-gun-is-olmayacaq
Oxunma sayı: 23398

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.

Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Bayraq Günü kimi qeyd olunur. 

Xəbəri rus dilində oxuyun: Сатановский назвал Захарову «пьяной шмарой»

Həmçinin bu xəbəri oxuyun: Соловьев уволил Сатановского за оскорбление Марии Захаровой