Nuray qızılcaya babasının yasında yoluxubmuş - Video

nuray-qizilcaya-babasinin-yasinda-yoluxubmus
Oxunma sayı: 6511

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi Nuray İbrahomova qızılcadan vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Nuray qızılcaya rəhmətə gedən babasının yas mərasimində yoluxubmuş.

Məlum olub ki, Nurayın 16 yaşlı qardaşı İbrahim İbrahimli də bu xəstəliyə yoluxub. Onun müalicəsi isə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Yeniyetmənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə ilə bağlı Xəzər TV-nin süjetini təqdim edirik: