Oğlunun ildönümü günü atası vəfat etdi

oglunun-ildonumu-gunu-atasi-vefat-etdi
Oxunma sayı: 9486

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, şəhid atası noyabrın 3-də oğlunun üçüncü ildönümü günündə dünyasını dəyişib.

Qeyd edək ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 3-də Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.