Oğurluqlar davam edir - 20 manatdan 1200-ə qədər

ogurluqlar-davam-edir
Oxunma sayı: 1231

Mayın 23-də vətəndaşların bank kartlarından kiber üsullarla 1200, 1000, 600, 500, 400, 300, 250, 200, 200, 80, 78, 75, 56, 20 manat oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Nazirlik növbəti dəfə vətəndaşları ehtiyatlı olmağa, şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağa çağırıb.