Mayın 1-də Oğuz Olimpiya İdman Kompleksində Oğuz Rayon İcra Hakimiyyəti, YAP Oğuz rayon təşkilatının təşkilatçılığı və “Rövşən Oğuz Qrup” MMC-nin maliyyə ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Oğuz rayonun idarə və müəssisələri, eləcə də rayonun inzibati ərazi dairələrinin komandaları arasında keçirilən voleybol turnirinin açılışı mərasimi baş tutub.
“Qafqazinfo” xəbər verir ki, turnirin açılışında Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, rayon voleybol federasiyasının sədri, “Rövşən Oğuz Qrup” MMC-nin direktoru Hafiz Mustafayev, rayon hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri, çoxsaylı azarkeşlər iştirak edib.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Daha sonra Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, rayon voleybol federasiyasının sədri “Rövşən Oğuz Qrup” MMC-nin direktoru Hafiz Mustafayev çıxış edərək turnirin məqsəd və mahiyyətindən söz açıblar. Onlar komandalara uğurlar arzu ediblər.
Hafiz Mustafayev qeyd edib ki, turnir 10 may 2023-cü il tarixədək davam edəcək. O, yarışda mübarizə aparacaq 10 komandanın müvafiq formalarla təmin edildiyini, final oyunundan sonra qaliblərin mükafatlandırılacağını bildirib.
Turnir maraqlı idman mübarizəsi ilə start götürüb.






Son xəbərlər
Son Xəbərlər