Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

olkede-vaksinasiya-ile-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1644

Bu gün Azərbaycanda koronavirus əleyhinə 34 min 856 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 5 568, ikinci mərhələ üzrə 29 288 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 661 min 772, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 001 968, ikinci mərhələ üzrə isə 659 804 nəfər təşkil edir.