“Onlar arasında yeni sammit mümkündür”

onlar-arasinda-yeni-sammit-mumkundur
Oxunma sayı: 270

“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni sammit mümkündür, lakin indiyədək Moskva Vaşinqtondan müvafiq siqnallar almayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Birinci Kanalın efirində Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O xatırladıb ki, Ankoricdəki görüş bir neçə gün əvvəldən razılaşdırılıb.

Uşakovun sözlərinə görə, lazım gələrsə, yeni sammitin təşkili də qısa müddətdə həyata keçirilə bilər:

“Biz Ankoric görüşünü 3-4 gün ərzində razılaşdıq. Yəni, hər şey mümkündür”.