“Onlar Putin haqqında mənfi fikirdədirlər”

onlar-putin-haqqinda-menfi-fikirdedirler
Oxunma sayı: 4886

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya Qərbin mənfi münasibətini yanlış hesab edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Ərdoğan bildirib ki, liderlər və Baş nazirlər Rusiya lideri Vladimir Putin haqqında mənfi fikirdədirlər. O, Ankaranın eyni münasibətdə olmadığını vurğulayıb:

“Mən də bu münasibəti düzgün hesab etmirəm, çünki Rusiya qeyri-adi ölkədir”.

O xatırladıb ki, Rusiya həm ərazidə, həm də dünyada öz mövqeyinə görə lider mövqe tutur.