Onlayn İctimai Nəzarət Platformasında 3-cü rübün yekunlarına dair hesabat

onlayn-ictimai-nezaret-platformasinda-3-cu-rubun-yekunlarina-dair-hesabat
Oxunma sayı: 1255

11 mart 2022-ci il tarixində Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) 3-cü rübün nəticələrinə dair dəyirmi masa keçirib. Dövlət qurumlarının, ictimai şuraların və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada dekabr 2021 – fevral 2022-ci il aylarında e-nəzarətə daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yolun səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyatı dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Üçüncü rübün nəticələrinə görə təxminən 76% müraciətlər öz həllini tapıb.

Üçüncü rübün nəticələrinə görə 16 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılması üzrə fəal olduğu müəyyən edilmiş və onlara müvafiq təltiflər təqdim olunmuşdur. Bu qurumlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Baş Dövlət Yol Polis İdarəsi, Bakı Nəqliyyat Agentliyi, Bakı şəhəri İcra Hakimiyyəti, "Azərsu" ASC, Azərişıq ASC, Azəriqaz İB, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Yasamal Rayon İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti, Abşeron rayon İcra Hakimiyyəti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Bakı Lift-Təmir İstehsalat Birliyi, Qəbələ rayon İcra Hakimiyyəti və Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzi daxildir.

Digər dövlət qurumlarına Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək, vətəndaşların müraciətlərini həll etməkdə göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilmişdir. (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sabirabad rayon İcra Hakimiyyəti, İmişli rayon İcra Hakimiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Quba rayon İcra Hakimiyyəti, Yevlax rayon İcra Hakimiyyəti, Naxçıvan MR Daxili İşlər Nazirliyi).

Bununla yanaşı, Onlayn İctimai Nəzarət Platforması tərəfindən həyata keçirilən “Fəal vətəndaş” müsabiqəsinin qalibləri (Kamran Nəcəfov, İlkin Babayev, Elvira Səfərbəyova) və 1 nəfər fəal vətəndaş (Əhədov Murad) təltif edilib.

E-nəzarət platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində həyata keçirilir.

#MGC #Enezaret #Consulting #Enezaret #USAID #MMC #QHT