ABŞ Prezidenti Co Bayden Rusiyada həbs edilən amerikalı jurnalistin azadlığa buraxılmasını xahiş edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Onu azadlığa buraxın”, - Amerika lideri jurnalistin saxlanılması və həbsi ilə bağlı vəziyyəti şərh edərkən bildirib.
Xatırladaq ki, ABŞ-də dərc edilən nüfuzlu “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Qerşkoviç Yekaterinburq şəhərində saxlanılıb. Daha sonra Moskvanın Lefortovo Məhkəməsi 32 yaşlı amerikalı jurnalisti casusluq ittihamı ilə həbs edib.
Fotoda Evan Qerşkoviç

Son xəbərlər
Son Xəbərlər