Oqtay Əliyev ürəyindən əməliyyat olunmuşdu?

oqtay-eliyev-ureyinden-emeliyyat-olunmusdu
Oxunma sayı: 10547

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, mərhumun qəzadan bir müddət öncə ürəyindən əməliyyat olunması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Lakin O.Əliyevin yaxınları məlumatı təsdiq etməyiblər.

Hazırda onun nəşi Patoloji Anatomiya Birliyinə gətirilib.

Qeyd edək ki, mərhumun həyat yoldaşı Dilarə Əliyeva ilkin ifadəsində Oqtay Əliyevin sükan arxasında özünü pis hiss etdiyini bildirib.