Oqtay Əliyevlə vida mərasimi keçirildi - Fotolar

oqtay-eliyevle-vida-merasimi-kecirildi
Oxunma sayı: 10433

Ötən gün avtomobil qəzasında həlak olan rejissor, prodüser Oqtay Əliyevlə vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, mərhumun Yasamal rayonunda yerləşən evində keçirilən mərasimdə ailə üzvləri, sənət dostları, incəsənət xadimləri və digər şəxslər iştirak edirlər.

Qeyd edək ki, Oqtay Əliyevlə eyni avtomobildə qəzaya düşən həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da xəstəxanadan evə buraxılıb.

***

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimi başa çatıb.

Hazırda mərhumun nəşi dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.

Emin Səfərov

Fotolar: Müzəffər İsmayılov