Türkiyə Superliqasının 9-cu turu çərçivəsində “Antalyaspor” “Qalatasaray”ı qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, matç qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün 10-cu dəqiqəsində Mauro İkardi erkən qolla yadda qalıb.
52-ci dəqiqədə İkardi dublunu rəsmiləşdirib.
90+2-ci dəqiqədə nigeriyalı Viktor Oşimen möhtəşəm qola imza atıb.
Onun qayçıvari qolunu təqdim edirik: