Ötən ay təyin edilmişdi, istefa verdi

oten-ay-teyin-edilmisdi-istefa-verdi
Oxunma sayı: 3488

Fransanın yeni təyin olunan Baş naziri Sebastyan Lekornu istefa verib.

“Qafqazinfo” “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, o, istefa ərizəsini ölkə Prezidenti Emmanuel Makrona təqdim edib.

Makron isə Baş nazirin istefasını qəbul edib. Siyasətçi hökumətin yeni tərkibinin müxalifət tərəfindən tənqid olunması fonunda vəzifəsini tərk edib.  

Xatırladaq ki, S.Lekornu sentyabrın 9-da bu posta təyin edilmişdi.