Ötən gün tonqalda 6 nəfər xəsarət alıb

oten-gun-tonqalda-6-nefer-xesaret-alib
Oxunma sayı: 483

Ötən gün Torpaq çərşənbəsində 6 nəfər tonqalda xəsarət alma ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib.

Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ötən gün saat 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu və Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub.

Çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.

Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb.