“Meşə fondunun açıq sahələrində aqrobağların salınması üçün 9530 hektar ərazi hüquqi və fiziki şəxslərlə müqavilə əsasında uzunmüddətli icarəyə verilib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.
Onun sözlərinə görə, meşədə bağların salınması üçün torpaq sahələri 1 ildən 49 ilə kimi icarəyə verilir. Həmin sahələrdə icarə şərtlərinə əməl edilib-edilməməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirilir:
“2020-ci ilin payız aylarında aparılan monitorinq zamanı meşə sahələrinin ərazisində aqrobağlar salmaq istiqamətində lazımi qaydada işlər aparmayan icarəçilərə xəbərdarlıq edilib. Bundan başqa, ötən il şərtlərə əməl etməyən altı icarəçi ilə 580 hektar ərazidə müqavilələrin bağlanması ləğv edilib. Meşə qanunvericiliyinin pozuntusuna görə icraçı ilə bərabər işində nöqsana yol verən regional idarənin müdiri və cavabdeh şəxslər cəzalandırılıb. Regional direktor, meşəbəyi və iki gözətçi nəzarəti düzgün təşkil etmədiklərinə görə vəzifələrindən azad edilib”.
O qeyd edib ki, həmin şəxslərlə bağlanmış icarə müqaviləsində göstərilən işlər düzgün təşkil olunmayıb. Hazırda da aqrobağlarla əlaqədar monitorinqlər davam etdirilir.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər