Ötən il Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak almayıb

oten-il-azerbaycan-vetendaslari-ermenistanda-dasinmaz-emlak-almayib
Oxunma sayı: 867

Türkiyə vətəndaşları 2023-cü il ərzində Ermənistanda 3 mənzil alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq ölkənin Kadastr Komitəsi yayıb. 

Daşınmaz əmlakın hər birinin İrəvanda yerləşdiyi bildirilir. Həmçinin qeyd olunur ki, ötən il Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak əldə etməyib. 

Bununla belə, Türkiyə vətəndaşları 2022-ci ildə Ermənistanda 11, Azərbaycan vətəndaşları isə 2 daşınmaz əmlak obyekti alıb. 

Qeyd edək ki, burada söhbət Azərbaycan vətəndaşı olan şəxslərdən gedir, onların etnik mənsubiyyətindən deyil. Ermənistanda daşınmaz əmlak alan şəxslərin milliyətcə azərbaycanlı olub-olmadığını dəqiqliklə demək mümkün deyil.