“Otto” klubda xarici turistin telefonu oğurlandı

otto-klubda-xarici-turistin-telefonu-ogurlandi
Oxunma sayı: 1143

Bakı şəhəri Səbail rayonu Ə.Əlizadə küçəsində yerləşən “Otto” klubda xarici turistin telefonu oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, Bakıya turist kimi gələn Pakistan vətəndaşı, 1991-ci il təvəllüdlü Luqman Nazar Chatana məxsus 400 manat dəyəri olan telefon masanın üzərindən oğurlanıb.

İlkin araşdırmalar nəticəsində oğurluğu törədən şəxsin 1995-ci il təvəllüdlü H.Quliyev olması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.