Overçuk Qriqoryanla kommunikasiyaların açılmasını müzakirə etdi

overcuk-qriqoryanla-kommunikasiyalarin-acilmasini-muzakire-etdi
Oxunma sayı: 1133

Ermənistanda səfərdə olan Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda erməni həmkarı Mqer Qriqoryanla görüşüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupunun fəaliyyətinə dair məsələləri müzakirə ediblər.

Görüşdə, həmçinin Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpa edilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.