Özbəkistanın paytaxtı Daşkənddə yerləşən "Humo Arena" idman kompleksinin binası Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi şərəfinə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, binanın üzərinə “Heydər Əliyevin 100 yaşı var” sözləri proyeksiya olunub.
Bildirilib ki, bu videoproyeksiya Azərbaycan və Özbək xalqları arasındakı dostluq və qardaşlığı təcəssüm etdirir.

Son xəbərlər
Son Xəbərlər