Özcana şillə vuran eks-arvadının cəzası açıqlandı

ozcana-sille-vuran-eks-arvadinin-cezasi-aciqlandi
Oxunma sayı: 5029

Məşhur müğənni Özcan Dənizə şillə vuraraq onun köynəyini cırmaqda ittiham edilən eks-həyat yoldaşı Feyza Oktanın cəzası məlum olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin keçmiş həyat yoldaşına məhkəmə tərəfindən “yüngül xəsarət” və “mala ziyan vurmaq” ittihamı ilə ümumilikdə 7500 TL-lik (668 AZN) cəza kəsilib.

Məhkəmə təqsirləndirilən Feyza Aktanı “yüngül xəsarət” maddəsi ilə 4500 lirə (401 AZN), “mülkiyyətə ziyan vurma” cinayətinə görə isə 3 min lirə (267 AZN) cərimələyib.

Bundan əlavə, həmçinin Feyza Aktanın bacısı Eda Aktan da təhqirə görə 2610 lirə (232 AZN) cərimələnib.

İttihama görə, Feyza Aktan övladını görmək üçün onların yaşadığı evə gələn Özcan Dənizi vurub, onun köynəyini cırıb.